Bu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə 4887,8 milyon manat dəyərində ödənişli xidmət göstərilib.
"APA-Economics" bu barədə Bakı Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% çoxdur.
Yeddi ayda hüquqi şəxslər əhaliyə 4329,1 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 88,6%-ni təşkil edib.