BAKI, 17 sentyabr. TELEQRAF
Bu ilin birinci yarısında ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.4 mlrd.$ kəsir, qeyri neft-qaz sektoru üzrə isə 0.3 mlrd.$ profisit olub.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.
Nəticədə ilkin gəlirlər balansında kəsir 12.3% azalaraq 1.1 mlrd.$ təşkil edib.
İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.8 mlrd.$ olub. Bunun 64.2%-ini 2.4 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (1.6 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1.5 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (126.4 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (245.5 mln.$) və digər ödənişlər ( 426.0 mln.$) təşkil edib.
Məlumat üçün qeyd edək ki, digər ödənişlərin böyük hissəsi (301.5 mln.$) ölkə iqtisadiyyatına yenidən investisiya (Azərbaycanda qazanılan gəlirlərin 13 Tədiyə balansı hesabatı ölkəyə təkrar investisiyası) formasında daxil olduğu üçün birbaşa xarici investisiyalar maddəsində nəzərə alınıb.