RU

"Windows 10" dövrü sona çatır: "Microsoft" son tarixi elan etdi

"Microsoft" şirkəti rəsmi olaraq açıqlayıb ki, "Windows 10" əməliyyat sisteminin dəstəyi 14 oktyabr 2025-ci ildən etibarən dayandırılacaq.

Bu barədə məlumat şirkətin rəsmi saytında yerləşdirilən bildirişdə əksini tapıb.

Qeyd olunur ki, "Windows 10"un "22H2" versiyasına daxil olan bütün buraxılışların - "Home", "Pro", "Enterprise", "Education" və "IoT Enterprise" - xidmət müddəti başa çatacaq. Oktyabr ayında təqdim ediləcək aylıq yeniləmə bu versiyalar üçün sonuncu olacaq.

Həmin tarixdən sonra "Windows 10" istifadəçiləri təhlükəsizlik üzrə aylıq yeniləmələrdən məhrum qalacaqlar.
 
 
 

Избранный
39
3
7news.az

4Источники