RU

Azərbaycanın ÜPİ-nin şuralarına namizədliyi ilə bağlı Dubayda təbliğat tədbiri keçirildi - FOTO

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən ÜPİ-nin ali qərarverici orqanı olan 28-ci Konqresində iştirak edir. 
 
Moderator.az xəbər verir ki, hər 4 ildən bir keçirilən Konqresdə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktoru və müavini, həmçinin Poçt Əməliyyatları Şurası və Administrativ Şuranın sədr və üzvləri seçilir.
 
Bu il ölkəmiz büronun 2 şurasına üzvlüyə namizədliyini irəli sürüb.
 
Seçkilərdən əvvəl beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlıqların qurulması və ölkəmizin daha yaxından tanıdılması məqsədilə Azərbaycan tərəfindən tədbir təşkil olunub.
 
Tədbirdə ÜPİ, Avropa Poçt Təşkilatı, eləcə də 150-dən çox ölkənin digər poçt təşkilatlarının yüksək statuslu nümayəndələri iştirak ediblər. Ümumdünya Poçt İttifaqının baş direktoru Masahiko Metoki Azərbaycanın Poçt Əməliyyatları Şurası və Administrativ Şuraya üzvlüyə namizədliyini irəli sürməsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Azərbaycanın təşkilatla fəal əməkdaşlığını yüksək qiymətləndirib.
 
Mərasimdə bildirilib ki, Azərbaycan poçt əməliyyatları və standartlarının tətbiqi istiqamətində əlaqələrin inkişafına xüsusi önəm verir. Ölkəmizdə bu sahədə müasir və innovativ yanaşmalar tətbiq olunur. 
 
Tədbirdə iştirakçılara ölkəmizin zəngin mədəni irsini əks etdirən nümunələr təqdim olunub. Onlar Azərbaycanın qədim tarixi, rəngarəng mədəniyyəti və qonaqpərvərlik ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. 
Избранный
12
7
moderator.az

8Источники