RU

Kor təbii tikilən evlər ...

ain.az, Adelet.az saytına istinadən bildirir.

Bir çox insanlar harada ucuz ev var, onu almaq istəyir. Əlbəttə, camaatı qınamalı deyil və insanlar el dilində demiş olsaq yorğanına görə ayaqların uzadır.

Bundan da istifadə edən " makler" lər ucuz qiymətə tikilib başa çatan evləri insanlara satırlar və həmin evlərin nə sənədləri, nə də çıxarışı olur. Ən yaxşı halda o evlərin bələdiyyə sənədləri olur, bərkə düşəndə də bu sənədlər keçərli sayılmır.

Məsələn, Masazır bir - birinə bitişik tikilmiş onlarla evləri" makler"lər  ayrı- ayrı şəxslərə satıb. İndi aidiyyəti qurumlardan gəlib onlara deyirlər ki, evlərinizin qanuni sənədləri yoxdur, strateji əhəmiyyət boru xətlərinin üstündə tikmisiniz , ona görə də, evləriniz sökülməlidir.

Və artıq tikilməkdə olan bir neçə mənzili söküblər. Bəs onda o evlər inşa olunanda bu evləri sökən qurum hara baxırdı?Axı icra orqanlarının icazəsi olmadan Bakıda daş- daş üstə qoymaq mümkün deyil. Və son nəticədə zərbə alın tərilə pul qazanıb ev alan insanlara deyir.

Ev sökməyə, ev dağıtmağa nə var ki? Oğul odur ki, ev tikənə kömək edəsən  bunu da hər vəzifəli şəxs, hər adam bacarmır!!!

Emil Faiqoğlu  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
1
adalet.az

2Источники