RU

Antiterror əməliyyatı müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə xalqımız böyük tarixi nailiyyətlər, zəfərlər əldə edir. Təbii ki, 2023-ci ilin sentyabrında keçirilən antiterror əməliyyatı müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Şahin İsmayılov bildirib ki, uzun illər torpaqlarımızı işğal altında saxlayanlar, bu ərazilərdə xalqımıza məxsus irsi məhv etməyə çalışanlar  həmçinin bölgədə davamlı sülhün və inkişafın qarşısını aldılar. 2020-ci ilin sentyabrın 27-də xalqımız “Dəmir yumruq” ətrafında sıx birləşərək, ədaləti bərpa etdi, torpaqlarını işğalçılardan təmizlədi. Kapitulyasiya aktına imza atan Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki silahlı birləşmələrini torpaqlarımızdan çıxarmaq barədə üzərinə götürdüyü öhdəliyi icra etmədi. Əksinə, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, “prezident” seçkiləri keçirir, əsassız bəyanatlar verirdilər. Bununla yanaşı, Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, havadarları tərəfindən separatçıların silahlandırılması prosesi davam etdirilirdi. 

Komitə sədri qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını, bu qanunsuz əməllərə son qoyulmasını tələb etdi. Daim humanizm prinsiplərinə sadiq olan Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırış etdi. Danışıqlardan boyun qaçıran Ermənistan suveren ərazilərimizdə davamlı olaraq silahlı təxribatlara əl atırdı.

“2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri tərəfindən törədilən növbəti genişmiqyaslı hərbi təxribatlar və terror hücumlarının qarşısının alınması məqsədilə Azərbaycan dövləti daxili təhlükəsizlik mexanizmlərini işə saldı, cinayətkar və terror xarakterli fəaliyyətlərə qarşı zəruri reaksiya verdi”, - deyən Şahin İsmayılov bildirib ki, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı qısa müddətdə ordumuzun tam qələbəsi ilə başa çatdı. 

Şahin İsmayılov qeyd edib ki, Azərbaycan bir daha dövlətçilik maraqlarının təmin edilməsi, suverenliyin qorunması və təhlükəsizliyin bərqərar olması üçün bütün zəruri siyasi, diplomatik və hərbi imkanlara malik olduğunu nümayiş etdirdi. Azərbaycan Prezidentinin qətiyyəti və müdrikliyi, xalqımızın milli birliyi nəticəsində qazanılan bu tarixi nailiyyət bu gün Azərbaycanın təşəbbüsü ilə bölgədə uzunmüddətli sülh və əməkdaşlıq mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
1
modern.az

2Источники