RU

Mediatorlar üçün “Mediasiya təlimi üzrə tədris vəsaiti”nin təqdimatı olub

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mediatorlara Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Avrasiya Hüquqşünaslar Assosiasiyası İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan dilinə tərcümə edilərək çap olunmuş “Mediatorlar üçün Mediasiya təlimi üzrə tədris vəsaiti” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Bayramov və mediatorlar iştirak edib.
Çıxış edən Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova və Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Bayramov mediatorların peşəkar inkişafının və müasir yanaşmaların tətbiqinin hüquq sistemində əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edənlər kitabın əhəmiyyətini vurğulayaraq bildiriblər ki, “Mediatorlar üçün mediasiya təlimi üzrə tədris vəsaiti” ölkəmizdə mediasiya institutunun inkişafına mühüm töhfə verəcəkdir. Qeyd olunub ki, vəsait yalnız yeni başlayan mediatorların peşəkar hazırlığı üçün deyil, həm də təcrübəli mediatorların biliklərinin təkmilləşdirilməsi baxımından əvəzsiz mənbədir.
Tədbirin sonunda iştirak edən hər bir mediatora kitab ödənişsiz olaraq təqdim olunub.

AzPost.az

Избранный
30
1
azpost.info

2Источники