RU

Oyunda zədələnən Yankoviçin sonVƏZİYYƏTİ

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” ilə keçirilən oyunda (3:2) zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviçin durumu ciddi deyil.

Redaktor.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, yarımmüdafiəçi ilə bağlı hər şey qaydasındadır: “Sadəcə o, dünən bir az yorulmuşdu”.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Избранный
6
10
redaktor.az

10Источники