UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” ilə keçirilən oyunda (3:2) zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviçin durumu ciddi deyil.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, yarımmüdafiəçi ilə bağlı hər şey qaydasındadır: “Sadəcə o, dünən bir az yorulmuşdu”.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
İdman.biz