RU

Deputat məktublara gec cavab verilməsindən şikayətləndi

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

SSRİ-dən qalan ənənə var, məktublara 1 ay sonra cavab verilir. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında deputat Səyyad Aran bildirib. 

O qeyd edib ki, SSRİ dövründə bu cür tendensiya normal hesab olunsa da, müasir dövrdə qəbuledilməzdir. 

“SSRİ-də ərazi də böyük idi, texnologiya da inkişaf etməmişdi, ona görə məktublar sahibinə gec çatırdı.

Plenar iclasda təklif etməyi düşünürəm ki, məktublara 10 gün ərzində cavab verilməsi ilə bağlı məsələni qaldırılsın. Bakıdan - Bakıya göndərilən məktublara da 1 ay sonra cavab verilir. Lap hansısa məmur özü yox, köməkçiləri məktublara cavab versin, amma məktuba vaxtında baxılsın. İndi onlayn göndərilən məktublara da gec cavab verilir, baxmayaraq ki, həmin gün yazdığımız mətn qarşı tərəfə çatır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
1
modern.az

2Источники