RU

7 müəssisənin fəaliyyəti məhdudlaşdırıldı -FOTO


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 41 ictimai iaşə müəssisəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Medicina.az -a verilən məlumata görə, onlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 7 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.



Həmin müəssisələrdən 3-ü tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 4-də isə müvafiq tədbirlər görülməkdədir.

Fəaliyyəti məhdudlaşdırılan müəssisələrlə linkdə tanış olmaq mümkündür.




Избранный
20
6
medicina.az

10Источники