Portuqaliyanın “Benfika” klubu baş məşqçisi Brunu Lajeni istefaya göndərib.
KONKRET.az xəbər verir ki, bunu klubun prezidenti Ruy Koşta açıqlayıb.
O bildirib ki, Lajenin istefaya göndərilməsinə səbəb “Benfika”nın Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ“a 2:3 uduzması olub.
Portuqaliya mediası “Benfika”nın baş məşqçi postuna Joze Mourinyunun gətiriləcəyini yazır.