AZ

"Benfika"nın baş məşqçisi istefaya göndərildi 

Portuqaliyanın "Benfika" klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.


Manset.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, bunu bağlı klubun prezidenti Ruy Koşta açıqlayıb.

O bildirib ki, Brunu Lajeni istefaya göndərmələrinə səbəb "Benfika"nın doğma meydanda Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"a 2:3 hesabı ilə uduzması olub. 

Ruy Koştanın mətbuat konfransından qısa müddət sonra Portuqaliya mediası "Benfika"nın baş məşqçi postuna Joze Mourinyunu gətirəcəyi ilə bağlı xəbərlər dərc etməyə başlayıb.

Seçilən
24
4
manset.az

6Mənbələr