Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alıb. FIFA referisi sentyabrın 18-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq "Kopenhagen"- "Bayer" qarşılaşmasını idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.
Mətləb