RU

İran və Fransa XİN rəhbərləri “snapback” gərginliyini müzakirə edib – ÖZƏL

İranın xarici işlər naziri Abbas Əraqçi və Fransanın xarici işlər naziri Jan-Noel Barro telefon danışığında artan gərginliyi müzakirə ediblər. 

Olaylar.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Görüş zamanı əsas müzakirə mövzusu Avropanın E3 ölkələrinin (Fransa, Almaniya, Böyük Britaniya) BMT Təhlükəsizlik Şurasında "snapback" mexanizmini - İrana qarşı sanksiyaların bərpasını işə salmaq barədə qərarı olub.

Barro mövcud vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib, dialoq məkanının qorunmasının və diplomatik yola qayıtmağın vacibliyini vurğulayıb.

Əraqçi isə Avropa dövlətlərinin bu addımını "nə siyasi, nə də hüquqi legitimliyi olmayan, böhranı və qeyri-sabitliyi dərinləşdirəcək qanunsuz hərəkət" adlandıraraq qəti şəkildə rədd edib. O, İranın nüvə proqramının yalnız dinc xarakter daşıdığını və Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əldə olunmuş son razılaşmanı xatırladıb.

Nazir bildirib ki, İran beynəlxalq problemlərin həllində diplomatiyanı yeganə yol kimi görür və qarşılıqlı maraqları təmin edəcək ədalətli və balanslaşdırılmış istənilən həll variantına hazırdır.

Tərəflər həmçinin ikitərəfli münasibətlərin mövcud vəziyyətini, o cümlədən konsulluq məsələlərini müzakirə edib və Tehranla Paris arasında müntəzəm əlaqələrin vacibliyini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
51
olaylar.az

1Источники