RU

"Benfika" azarkeşləri məğlubiyyətdən sonra ağ dəsmal qaldırıb, futbolçularını fitə basdı

Ötən gecə təmsilçimiz "Qarabağ" Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin ilk turu çərçivəsində səfərdə Portuqaliya "Benfika"sına qalib gəlib. Qarşılaşma 3:2 hesabı ilə azərbaycanlıların xeyrinə başa çatıb.

BAKU.WS xəbər verir ki, oyundan sonra "qartallar"ın azarkeşləri nümayişkaranə şəkildə komandalarının futbolçularını fitə basıblar. Onlar tribunalarda ağ dəsmal qaldırıblar.

Bundan başqa, Lissabon komandasının azarkeşləri komandanın baş məşqçisi Bruno Lageni təhqir edib və portuqaliyalının klubdan istefasını tələb ediblər.

Xatırladaq ki, çox keçmədən "Benfika" klubu baş məşqçisi Brunu Laje ilə əməkdaşlığa son qoyub.

Избранный
17
far.az

1Источники