RU

"Biz bir-birimizi yeyək, "Qarabağ" stadionun işıqlarını söndürdü"

24 milyonluq büdcə ilə "Eştadiu da Luş"da 2:0 geridə olduğun halda rəqibi məğlub edə bilmək alqışlanmalıdır. 

Ölkə.Az xəbər verir ki, bu sözləri tanınmış türkiyəli idman şərhçisi Ertem Şener deyib.

O, "24 milyonluq büdcə ilə" sözünü təkrar-təkrar deyərək, "Qarabağ"ın qalib gəlməsini bir neçə dəfə dilə gətirib:

"2:0 geridəsən, hələ bir qolun sayılmır (oyundan kənar vəziyyət) və Avropanın ən qərbində tarix yazırsan. O möhtəşəm "İşıq stadionu"nda (Estádio da Luz - tərcümə) bütün işıqları söndürürsən. Halal olsun, "Qarabağ"! 24 milyonluq komandanı, Qurban Qurbanovu və yetirmələrini, Azərbaycanı ayaqüstə alqışlayıram. Biz hələ burada bir-birimizi yeyək..."

Xatırladaq ki, dünən Portuqaliyada Ağdamın "Qarabağ" klubunu qəbul edən "Benfika" 2:0 hesabı ilə öndə olsa da, təmsilçimiz geridönüş edərək qalib gəlməyi bacardı - 2:3.

Избранный
33
50
olke.az

10Источники