RU

Bakıda İsrail və Suriya arasında təhlükəsizlik mövzusunda görüş keçiriləcək

Tərəflər İsrailin yeni saziş təklifini müzakirə edəcəklər...

Poliqon xəbər verir ki, sentyabrın 18-də Azərbaycanın paytaxtı Bakıda İsrail və Suriya nümayəndə heyətləri arasında təhlükəsizlik məsələlərinə dair görüş keçiriləcək. Bu barədə Sky News Arabia məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, görüşdən bir gün əvvəl – sentyabrın 17-də Londonda İsrailin strateji məsələlər naziri Ron Dermer və Suriya xarici işlər naziri Əl-Şibani arasında danışıqlar aparılacaq. Tərəflərin müzakirə mövzusu İsrailin Suriyaya təqdim etdiyi yeni təhlükəsizlik sazişi təklifi olacaq.

London görüşündə ABŞ-ın xüsusi elçisi Barrak da iştirak edəcək. Bu, üçtərəfli formatda keçirilən üçüncü belə görüş olacaq. Diplomatların sözlərinə görə, bu formatda aparılan dialoqun məqsədi gərginliyi azaltmaq və tərəflər arasında etimadı bərpa etməkdir.

Xatırladaq ki, İsrailin Suriyaya təqdim etdiyi təklifdə Dəməşqin cənub-qərbində zonaların bölünməsi, buffer ərazilərin yaradılması və Suriya hərbi təyyarələri üçün uçuşsuz zona elan olunması nəzərdə tutulur. Əvəzində İsrail öz qoşunlarını mərhələli şəkildə Suriyadan çıxarmağa hazır olduğunu, lakin strateji əhəmiyyətli Hərmon dağını öz nəzarətində saxlayacağını bəyan edib.

Ekspertlər hesab edirlər ki, Bakıda keçiriləcək görüş tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün mühüm addım ola bilər.

Poliqon.info

Избранный
35
poliqon.info

1Источники