RU

İlk dəfə hakim qarşısına çıxarılıb

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Amerikalı siyasi aktivist Çarli Kirki qətlə yetirməkdə təqsirləndirilən Tayler Ceyms Robinson ilk dəfə məhkəmədə hakim qarşısına çıxarılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, məhkəmə iclası onlayn formatda keçirilib və ABŞ kanallarında canlı yayımlanıb. 

İclas zamanı 22 yaşlı Robinsona rəsmi olaraq 7 maddə üzrə ittiham irəli sürülüb. Bu maddələr arasında qətl, odlu silahdan qanunsuz istifadə, eləcə də şahidlərə təzyiq göstərmək var. 

Xatırladaq ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 11-də Yuta Universitetində çıxışı zamanı güllələnib. Snayperlə boynundan güllələnən Kirk xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bir gün sonra isə D.Tramp hadisəni törətməkdə şübhəli bilinən T.Robinsonun saxlanıldığını açıqlayıb. 

“CNN” telekanalının yaydığı məlumata görə, hadisəni törədən şəxs əməlini öz atasına etiraf edib, atası isə bu barədə hüquq-mühafizə orqanlarına xəbər verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
qafqazinfo.az

2Источники