UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.aia.az xəbər verir ki, Ağdamın "Qarabağ" klubu səfərdə "Benfika"nın qonağı olub.Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonunda geridönüş etməyi bacarıb - 2:3.Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub."Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.aia.az