BAKI, 17 sentyabr. TELEQRAF
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasının ilk iclası keçirilir.
Teleqraf xəbər verir ki, iclasın bu günki gündəliyinə Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədəhesabatı daxil edilib.
Həmçinin Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsi də komitənin bu gün keçirilən iclasında müzakirə olunacaq.