Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) sentyabrın 16-da Zaporojya Atom Elektrik Stansiyasının (ZAES) yaxınlığının atəşə tutulduğunu bildirib.
Herbiand.az xəbər verir ki, agentliyin press-relizində BAEA müşahidəçilərinin atəşdən sonra "yaxınlıqdakı üç yerdən qara tüstünün qalxdığını" gördüçkıri bildirilir.
Agetliyə stansiyaya Rusiya tərəfindən təyin edilmiş “rəhbərliyi” tərəfindən məlumat verilib ki, bir neçə artilleriya mərmisi “ZAES-in perimetrindən kənarda, dizel yanacağı anbarından təqribən 400 metr aralıda olan əraziyə düşüb”.
Hələlik nə Rusiya, nə də Ukrayna BMT agentliyinin bəyanatlarına münasibət bildirməyib.
BAEA rəhbəri Rafael Qrossi bildirib ki, “Tələfat və ya avadanlıqlara ziyan dəyməsi ilə bağlı heç bir məlumat olmasa da, bu insident nüvə təhlükəsizliyinə davam edən təhlükəni bir daha göstərir”.
O, bir daha atom elektrik stansiyalarının yaxınlığında maksimum təmkinli olmağa çağırıb.
“Bir vaxtlar demək olar ki, ağlasığmaz olan şey – iri nüvə obyektlərinin yaxınlığında atəş və ya digər hərbi əməliyyatlar – bu dəhşətli müharibə zamanı adi hala çevrilib”, – deyə Qrossi əlavə edib.