RU

Aİ İsraili ağır nəticələrlə hədələyir

ain.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.

Aİ İsraili ağır nəticələrlə hədələyir

Avropa İttifaqının Xarici Əlaqələr və Genişlənmə üzrə Ali Nümayəndəsi Kaya Kallasın rəsmi nümayəndəsi Anouar əl-Anuni bildirib ki, Brüssel İsraildən Qəzzada hərbi əməliyyatı dayandırmağı tələb edir. Əl-Anuninin sözlərini “İnterfaks” sitat gətirir.

"Avropa İttifaqı İsraildən əməliyyatını genişləndirməməyi tələb etməkdə davam edir. Hərbi əməliyyat onsuz da fəlakətli humanitar vəziyyəti daha da gərginləşdirəcək və girovların (HƏMAS) həyatını riskə atacaq", - avropalı diplomat vurğulayıb.

Əl-Anuninin qeyd etdiyi kimi, Təl-Əviv ölüm, zorakılıq və dağıntı dövranını qırmaq üçün indi hərəkətə keçməlidir.

“Soyqırım kimi təsnifat zəruri qaydalara uyğun və qanuna uyğun olaraq faktların müəyyən edilməsinə əsaslanmalıdır”, - o vurğulayıb.

Əziz Mustafa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
oxumeni.az

2Источники