RU

"Benfika"nın kapitanı: "Bizim edə biləcəyimiz tək şey üzr istəməkdir"

"Benfika"nın kapitanı Nikolas Otamendi komandasının Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Ağdamın "Qarabağ”ına sensasiyalı məğlubiyyətini (2:3) şərh edib.

İdman.biz xəbər verir ki, kapitan oyunun nəticələrindən pəjmürdə olduğunu bildirib.

"Bu, ağrılı bir nəticədir. Yol uzun olacaq və ilk turdan sonra heç kim bütün matçlarda qalib gələcəyimizə zəmanət verə bilməz. Biz məsuliyyəti öz üzərimizə götürməli və bizi görmək üçün pul ödəyən azarkeşlərdən üzr istəməliyik. Bu gün bizdə heç nə alınmadı", - Otamendi Sport TV-nin efirində deyib.

Argentinalı oyunçu qeyd edib ki, komanda bundan nəticə çıxarmalı və irəli getməlidir: "Fərdi olaraq, bizə təkmilləşmək lazımdır. 2:0 öndə olub, sonra standart vəziyyətlərdən qol buraxa bilmərik. Möhtəşəm futbol nümayiş etdirmək üçün daha da çox çalışmaq lazımdır. Mövsüm yeni başlayıb və stadionumuz rəqiblər üçün əsl cəhənnəmə çevrilməlidir".

Otamendi azarkeşlərin narazılıq bildirmək hüququnun olduğunu da vurğulayıb:
"Onlar biletlərin pulunu ödəyirlər, ona görə də etiraz etmək hüquqları var. Amma burada heç kim təkbaşına özünü xilas edə bilməz - qalib gələndə birlikdə qalib gəlirik, məğlub olanda da kollektiv özünütənqid etməlidir".

İdman.biz

Избранный
28
1
idman.biz

2Источники