RU

"Benfika" prezidenti "Qarabağ"ın geridönüşündən sonra baş verənlərə inanmayıb - FOTO

"Benfika" Çempionlar Liqasının Liqa mərhələsinə uğursuz başlayıb.

İdman.biz bildirir ki, “Santa Klara” ilə çempionatdakı uğursuzluğundan az sonra Çempionlar Liqasında “Qarabağ”la oyuna 2:0 öndə çıxsa da, qonaqların inanılmaz geri dönüşünü təmin edən komanda “Estádio da Luz”da 2:3 hesabı ilə məğlub olub.

Bu qələbə Ağdam klubu üçün turnir tarixində ilk olub.

Kulminasiya nöqtəsi Aleksey Kaşukun 86-cı dəqiqədə vurduğu qol olub, bundan sonra hadisələri tribunadan izləyən “Benfika”nın prezidenti Rui Kosta gözlərinə inanmayaraq başını tutub.

Lissabon komandası ölkə çempionatında növbəti oyununu "Aves"ə qarşı keçirəcək.

İdman.biz

Избранный
38
1
idman.biz

2Источники