RU

İkinci Liqa: “Göygöl” 1, “Qaradağ Lökbatan” 8 qolla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

“Göygöl” doğma meydanda “Kür-Araz”a minimal hesabla qalib gəlib. “Qaradağ Lökbatan” isə “Ağstafa Gəncləri” ilə oyunda 8 cavabsız qola sevinib.

İkinci Liqa
2-ci tur

14 sentyabr

“Xankəndi” – “Quba” 4:0
Qollar: Pərviz Qaraxanov, 16. Elməddin Hüseynzadə, 30; 74. Bəhruz Teymurov, 72.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Mirnihat Seyidov, Rəsul Babayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Araz Saatlı” – “Şəki” 0:12
Qollar: Cavid İmamverdiyev, 4; 17-pen; 27-pen; 55; 88. Saleh Süleymanov, 11; 60. Rafiq Abdullayev, 13-öz qapısına. Rauf Məhərrəmov, 38; 61. Kazbək Qafarov, 40. Nurlan Novruzov, 68.
Hakimlər: Nəriman Ağayev, Safalı Ağayev, Rəşad Quliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

15 sentyabr

“Şəmkir” – “Dinamo” 3:0
Qollar: Cavidan Rəhimli, 10. Tural Məmmədzadə, 15. Ceyhun Rəcəbli, 22.
Hakimlər: Niyaz Əhmədov, Ağadur Mahmudov, Elvin Mədətov, Emin Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Ağdaş” – “Şirvan” 0:1
Qol: Elariz Xəlilli, 6.
Hakimlər: Sənan Bayramzadə, Ruslan Babayev, Əhməd Əhmədsoy, Kamil Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Ağdaş şəhər stadionu, 16:30.

16 sentyabr

“Göygöl” – “Kür-Araz” 1:0
Qol: Ülvi Cəlilov, 86.
Hakimlər: Rasim Musayev, Sadiq Əliyev, Cavid Ömərov, Nahid Xasıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Qaradağ Lökbatan” – “Ağstafa Gəncləri” 8:0
Qollar: Vüsal Hüseynov, 2; 71. Rövşən Şahmuradov, 15. Tofiq Nəsibov, 20; 83-pen. İsa Zeynallı, 40-pen. Ramil Orucov, 78; 84.
Hakimlər: Nazim Abdullayev, Ruslan Məmmədov, Əkbər Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

error: Məzmun qorunur!
Избранный
49
7
arena.az

10Источники