RU

"Qarabağ"ın rəqibi "Arsenal"a, PSV "Yunion"a uduzdu

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu gün start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən İspaniyanın "Atletik" klubu doğma meydanda İngiltərə "Arsenal"ını qəbul edib.

Görüş London klubunun 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Niderlandın PSV klubu evdə Belçikanın "Yunion"unu qəbul edib və gözlənilməz məğlubiyyətə üzülüb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

16 sentyabr

20:45. PSV (Niderland) - "Yunion" (Belçika) - 1:3

Qollar: P.David, 9, (pen), A.El Hadji, 39, K.Mak Allister, 87, R.van Bommel, 90

20:45. "Atletik" (İspaniya) - "Arsenal" (İngiltərə) - 0:2

Qollar: Q.Martinelli, 72, L.Trossard, 87

Избранный
67
90deqiqe.az

1Источники