RU

Sumqayıtda yaşayış binasında yanğın: 3-ü azyaşlı olmaqla 8 nəfər bina sakini təxliyə olunub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinəSumqayıt şəhəri, 8-ci mikrorayon, M.Ə.Sabir küçəsində yerləşənyaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FövqəladəHallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin vəSumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkənqəfəsliyində baş vermiş yanğın mənzillərə keçməsinə imkanverilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının elektriklövhəsində 15 ədəd sayğac və elektrik açarları, 1-ci mərtəbədən5-ci mərtəbəyə qədər şaxta boyunca 15 p.m. elektrik kabeli və 5ədəd şaxta qapısı qismən yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizliktədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 8 nəfər bina sakinitəxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Избранный
33
44
az.trend.az

10Источники