AZ

Sumqayıtda yaşayış binasında yanğın baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinəSumqayıt şəhəri, 8-ci mikrorayon, M.Ə.Sabir küçəsində yerləşənyaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhaləraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhərYanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzininqüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkənqəfəsliyində baş vermiş yanğın mənzillərə keçməsinə imkanverilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının elektriklövhəsində 15 ədəd sayğac və elektrik açarları, 1-ci mərtəbədən5-ci mərtəbəyə qədər şaxta boyunca 15 p.m. elektrik kabeli və 5ədəd şaxta qapısı qismən yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizliktədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 8 nəfər bina sakinitəxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Seçilən
6
44
az.trend.az

10Mənbələr