RU

Tramp: "Zelenski sövdələşməyə getməyə məcbur olacaq"

"Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə Kiyev arasındakı münaqişənin başa çatması üçün sövdələşməyə getməyə məcbur olacaq".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində deyib.

Tramp qeyd edib ki, bir ay əvvəl Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəticəsində bir çox məsələdə irəliləyiş əldə olunub. Lakin onun sözlərinə görə, "tanqo üçün iki nəfər lazımdır".

Избранный
52
1
demokrat.az

3Источники