BAKI, 16 sentyabr. TELEQRAF
Moskvada Türkmənistan-Rusiya Xarici İşlər Nazirlikləri arasında beynəlxalq informasiya təhlükəsizliyi üzrə məsləhətləşmələr keçirilib.
Teleqraf xəbər verir ki, görüş Türkmənistan Xarici İşlər Nazirliyi ilə Rusiya Xarici İşlər Nazirliyi arasında bu ilin iyun ayında imzalanmış 2025–2026-cı illər üzrə Əməkdaşlıq Proqramının praktiki icrası çərçivəsində təşkil olunub.
Məsləhətləşmələrin gündəliyinə Türkmənistan və Rusiya arasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində ikitərəfli və regional əməkdaşlığın geniş spektri daxil edilib. İxtisaslaşmış qlobal və regional platformalarda ölkələrin yanaşmalarının əlaqələndirilməsinin vacibliyi vurğulanıb. Süni intellekt məsələsinə xüsusi diqqət yetirilib.