RU

Karlo Ançelotti çalışdırdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Avropanın bir çox aparıcı klublarında çalışdığı illərdə rəhbərliyi altında çıxış etmiş ən güclü futbolçuları sadalayıb.

İdman.biz xəbər verir ki, mütəxəssis karyerası dövründə 8 futbolçunun daha güclü təsir bağışladığını bildirib.

Ançelotti çalışdırdığı ən yaxşı oyunçular: Ronaldo, Kriştianu Ronaldu, Kaka, Toni Kroos, Luka Modriç, Vinisius Junior və Didye Droqba.

Qeyd edək ki, o, daha əvvəl “Yuventus”, “Milan”, “Çelsi”, “Everton”, PSJ, “Real”, “Bavariya” və “Napoli” kimi komandaları çalışdırıb. 66 yaşlı mütəxəssis indiyədək məşqçilik karyerasında 31 kubok qazanıb. Braziliya yığmasına isə 2025-ci ilin yayında baş məşqçi təyin edilib.

İdman.biz

Избранный
54
1
idman.biz

2Источники