RU

"Xalq Bank"dan sahibkar və hüquqi şəxslər üçün "Visa Business" kartı

"Xalq Bank" fərdi sahibkar və hüquqi şəxs müştəriləri üçün yeni kampaniyaya start verir.

"Unikal" xəbər verir ki, 30 dekabradək davam edəcək kampaniya müddəti ərzində müştərilər "Xalq Bank"ın təqdim etdiyi Visa Business ödəniş kartını pulsuz əldə edə biləcəklər. Visa Business kartı özündə həm nağd, həm nağdsız ödəniş imkanlarını birləşdirən biznes alətidir. Biznes sahibləri bu kartla ezamiyyət, təsərrüfat, gömrük və digər xərclərinin, eyni zamanda onlayn alışların ödənilməsini həyata keçirə bilərlər. Həmçinin sahibkar fiziki şəxslər kartın nağdlaşdırma imkanlarından da yararlana bilərlər. 

Əlavə olaraq, Visa Business kartı kiçik və orta bizneslərə biznesin idarə olunması, rəqəmsal həllər və xidmətlər üzrə müxtəlif endirimlər, həmçinin gündəlik məsələlərin sürətli və rahat həlli üçün Visa Concierge çat-botu vasitəsilə konsyerj xidməti təqdim edir.

Kart üzrə əməliyyatlara nəzarət və müxtəlif əməliyyat limitlərinin tənzimlənməsini isə müasir və funskional XalqOnline mobil və internet bankçılıq sistemi vasitəsilə həyata keçirmək mümkündür. 

Visa Business kartını "Xalq Bank2ın filiallarında, və ya XalqOnline kabineti üzərindən onlayn sifariş etmək olar. 

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/  rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Избранный
30
unikal.az

1Источники