RU

"Qarabağ"ın gəncləri "Benfika"ya 1:7 uduzdu

"Qarabağ"ın gəncləri "Benfika"ya 1:7 uduzdu

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında səfərdə Portuqaliyanın "Benfika" klubuna böyük hesabla məğlub olub.

Lissabonda baş tutan görüşdə Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 1:7 hesabı ilə uduzub.

Ağdam komandasının yeganə qolunu Əli Qazıbəyov 85-ci dəqiqədə rəqib qapısından keçirib.

Qeyd edək ki, U-19 oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopengahen"lə qarşılaşacaq.

Избранный
14
9
afn.az

10Источники