"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında səfərdə Portuqaliyanın "Benfika" klubuna böyük hesabla məğlub olub.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Lissabonda baş tutan görüşdə Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 1:7 hesabı ilə uduzub.
Ağdam klubu yeganə qolunu Əli Qazıbəyov 85-ci dəqiqədə rəqib qapısından keçirib.
Qeyd edək ki, U-19 oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopengahen"lə qarşılaşacaq.