2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 19,4 faiz artaraq 5 milyard dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan MDB ölkələrinə ixrac: 1,18 milyard dollar (+7,3 faiz)
MDB ölkələrindən Azərbaycana idxal: 3,83 milyard dollar (+23,7 faiz)
Cari ilin ilk 8 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 15,65 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 2 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi