RU

2023-cü ilin sentyabrında Azərbaycan dövlət suverenliyini bütün ərazilərində tam bərpa etdi - Vüqar Rəhimzadə

Bakı. Trend:

44 günlük İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. MüzəffərAli Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətliordumuz 30 illik işğala son qoydu, tarixi ədalət bərpa edildi.Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında şanlı Qələbəmizdənbəhs edərkən bu mühüm məqamı da xüsusi qeyd edir ki, ancaq müharibəolmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasındadayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasınındörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıqsiyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onlarınişğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyacqalmazdı.

Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına diqqət yetirsəkbu gerçəkliyi görürük ki, 10 noyabr 2020-ci ildə imzalanmışkapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri vəqeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki,üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlılarıtərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsada, Qarabağda baş verən gərginliyin aradan qaldırılması,məsələlərin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün2020-ci ildən sonrakı 3 il müddətində əlindən gələni etdi. Təəssüfki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlıqüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlartörətməklə məşğul idilər.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadəaçıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, İkinci Qarabağ müharibəsindənantiterror əməliyyatına qədər olan dövrün bütün xronoloji məqamlarıAzərbaycanın mövqeyinin ədalətli olduğunu, beynəlxalq hüquqnormalarına əsaslandığını bir daha təsdiqləyir. Ermənistan və onunarxasında duran qüvvələr bunu görmək istəmirdilər. Üç il ərzindənəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindənçıxarmadı, hətta əlavə silah-sursat, minalar göndərib ölkəmizəqarşı mina terrorunu davam etdirdi.

Antiterror əməliyyatı qaçılmaz idi. Zəfər qazandığımlz Vətənmüharibəsin sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrındasərhəddə baş verdi. 2023-cü ilin martında Azərbaycanın Qarabağbölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri,qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətindətəxribatlar törətdi, aprel və may ayında isə şərti dövlət sərhədiistiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. Birtərəfdən Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ciilin oktyabr ayında bunu bəyan edən Ermənistan digər tərəfdənölkəmizə qarşı ərazi iddialarından əl çəkmirdi. Bu vəziyyətdəantiterror tədbirlərinin həyata keçirilməsi qaçılmaz idi. 2023-cüilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir dahaSilahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzindəErmənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusutamamilə iflic vəziyyətinə salındı və onlar ikinci dəfəkapitulyasiya aktına imza atmağa məcbur oldular. Bununla daAzərbaycan ərazisində separatizmin kökü kəsildi. Azərbaycan dövlətsuverenliyini bütün ərazilərində tam bərpa etdi.

Vüqar Rəhimzadə qeyd edib ki, aparılmış qısamüddətli lokalxarakterli antiterror əməliyyatı nəticəsində, düşmənin silah vətexnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Azərbaycanərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çoxtank və zirehli nəqliyyat vasitələri, zirehli texnika,radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. Laçınsərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağmüharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinəqanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdəbasdırılmışdır. Separatçıların Qarabağda qeyri-qanunifəaliyyətlərinə qarşı Azərbaycanın bir sıra vətəndaş cəmiyyətinümayəndələrinin və eko-fəalların Şuşa-Laçın yolunda bir müddətetiraz aksiyası keçirildi. Rusiya sülhməramlılarının müvəqqətiyerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntıyataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zamanekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistanadaşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəbolmuşdu. Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanunierməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina,eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısınınalınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixindəbirtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunungirişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına cavab olaraq2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətininbölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistanilə şərti sərhəddə “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi quruldu.

Milli Məclisin deputatı bir daha diqqəti antiterror əməliyyatınayönəldərək bildirib ki, hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət,peşəkarlıq göstərdilər. Ağır relyef, düşmən tərəfindən uzun illərböyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğuşəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdəyerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qısa müddətdə bütünistiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər.Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə cidditapşırıq verilmişdi ki, aparılan antiterror əməliyyatı nəticəsindəQarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidirvə mülki əhali qorunmalıdır. Azərbaycanın qanunlarına və beynəlxalqhumanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanətverilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərinmühafizə və müdafiəsi təşkil olunmuşdur. Qadınlar, uşaqlar,qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımitibbi və digər yardımlar göstərilmişdir. Beləliklə, 24 saatdan azmüddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsindəAzərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tamşəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağdaqeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsasrəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tamtəmin etdi.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin AliBaş Komandanı İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixindəXankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində AzərbaycanınDövlət Bayrağını ucaltdı. Müzəffər Ali Baş Komandan, Prezidentİlham Əliyev Xankəndi şəhərində Zəfər meydanından müraciətində buçağırışı etdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir,böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə AzərbaycanBayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha deməkistəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəniöz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığımBayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bu gün böyük qürur hissi ilə azad edilmiş bütün torpaqlarımızdaAzərbaycan Bayrağının dalğalanmasından, ərazilərimizindirçəlməsindən, soydaşlarımızın qayıdışından bəhs edirik. Biz bugün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq,Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq,Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

Məqalədə:
Избранный
76
9
az.trend.az

10Источники