RU

Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub

Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub.

Far.Az report-a istinadən xəbər verir ki, mərhumla Təzəpir məscidində keçirilən vida mərasimindən sonra cənazə II Fəxri xiyaban aparılaraq torpağa tapşırılıb.

***14:08

Xalq artisti Hacı Murad Yegizarovla Təzəpir Məscidində vida mərasimi keçirilib.

Far.Az report-a istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, digər dövlət qurumlarının rəsmiləri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak ediblər.

Vida mərasimindən sonra Xalq artistinin cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.

***12:23

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər.

Far.Az xəbər verir ki, əklil Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçirilir.

Qeyd edək ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada vəfat edib.

Избранный
64
2
far.az

10Источники