RU

Amili İranın “ağzının danışığını bilməyən molla” tituluna layiq görüldü

İranda yayınlanan “Event 24” saytı maraqlı hesabat yayıb.

Tribunainfo.az xəbər verir ki, sayt İranda fəaliyyət göstərən məscidlərin cümə imamları arasında “ağzının danışığını bilməyən” və idarə olunması mümkün olmayan” mollaları müəyyənləşdirib.

Hesabatda qeyd edilir ki, imam cümələr arasında idarəolunması mümkün olmayan və açıqlaması ilə qalmaqal yaradanlar var. Həmin siyahıya Ərdəbilin imam cüməsi Həsən Amili başçılıq edir. O, “idarə olunması mümkün olmayan” və “ağzının danışığını bilməyən” molla tituluna layiq görülüb. Hətta nəşr onun fotosunu dərc edərək, “bu şəxsləri nəzarətdə saxlamaq mümkün deyil” yazıb.

P.S. Qeyd edək ki, Amili davamlı olaraq Azərbaycanı hədəfə alan açıqlamaları ilə tanınır.

P.P.S. Cənub bölgəsində belə adamlara “cəfəng danışan” deyirlər.

Fərda Uğur

Избранный
27
1
tribunainfo.az

2Источники