RU

Rəhmətə gedənə yer tapmaq olmur - Siyavuş Novruzovdan təklif

Elə adamlar var ki, rəhmətə gedəndə dəfn yeri tapmaq olmur.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bələdiyyələrə dəfn yerinin ayrılması məsələsində səlahiyyətlər verilməlidir: "Çünki rəhmətə getmiş adamı bir ay saxlamaq olmaz ki... Bu məsələdə onlarə daha çevik qərar vermək üçün imkanlar yaradılmalıdır”.

O əlavə edib ki, nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı məsələ qaldırmışdıq: "Qəbiristanlıqlar tədricən bələdiyyələrə verilməlidir".

Komitə sədri bildirib ki, aztəminatlı ailələrin bələdiyyələr tərəfindən dəfn olunması bələdiyyələrin statusuna aid olan bir məsələdir.

Mürtəza

Избранный
34
olke.az

1Источники