Azərbaycan 10 aylıq fasilədən sonra yenidən Hindistana xam neft ixrac edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Gömrük Komitəsi yayıb.
Avqust ayında Hindistana 1 747,07 ton xam neft göndərilib ki, bu da 781,52 min ABŞ dolları dəyərindədir.
İxrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 589 dəfə, dəyəri isə 827 dəfə azalıb. Hindistana göndərilən həcmin payı ümumi Azərbaycan neft ixracının cəmi 0,01%-ni təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin oktyabrından etibarən Hindistan Azərbaycan neftinin alışını dayandırmışdı. 2024-cü ildə bu ölkəyə ixrac olunan neftin həcmi 1,16 milyon ton, dəyəri isə 729,8 milyon ABŞ dolları təşkil etmişdi.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта