RU

Türkiyə Prezidenti: İsrail Suriyaya təzyiq edir, Dəməşqi qətiyyən tək buraxa bilmərik

“Biz Suriyanı qətiyyən tək buraxa bilmərik. Ona görə də xarici işlər naziri və kəşfiyyat direktoru Suriya ilə sıx dialoq aparır. Suriya üçün köhnə günlər geridə qaldı. İndi yeni dövr başlayıb. Amma bildiyiniz kimi, İsrail cənubdan Suriyaya təzyiq edir”.

Veteninfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

“Onlar “parçala, hökm sür” prinsipinə əməl edərək, bundan hansısa mənfəət əldə etməyə çalışırlar. Bütün bunlara baxmayaraq, Suriyada inklüzivliyə üstünlük verən bir hakimiyyət var. Bu, Suriyada qüvvələr nisbətini dəyişib və indi bunu qəbul edə bilməyənlər var”, – Ərdoğan vurğulayıb.

Избранный
12
15
veteninfo.az

10Источники