İsrailin Livanın cənubundakı Nəbatiyə şəhərinə hücumu nəticəsində 3-ü uşaq, 4-ü qadın olmaqla 8 mülki vətəndaşın yaralandığı bildirilib.
Turkustan.az xəbər verir ki, İsrail ordusunun Livanın cənubundakı Nəbatiyə şəhərinə endirdiyi hava hücumunda dördü uşaq, üçü qadın olmaqla 8 mülki vətəndaşın yaralandığı bildirilib.
Səhiyyə Nazirliyinin Livanın rəsmi xəbər agentliyi NNA-da dərc etdiyi açıqlamada, İsrailin hava hücumu ilə Nəbatiyə şəhərini hədəf aldığı bildirilib.
İlkin məlumata görə, İsrailin hava hücumu nəticəsində dördü uşaq, üçü qadın olmaqla 8 mülki şəxs yaralanıb, yaralılar bölgədəki xəstəxanalara çatdırılıb.
NNA İsrailin cənub sərhəd bölgəsində yerləşən Yater qəsəbəsini də pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az