Karol Navrotski Berlində F. Mertslə görüşəcək və təzminat məsələsini qaldıracaq...
Poliqon xəbər verir ki, Politico yazır ki, Polşa prezidenti Karol Navrotski Berlində Almaniya kansleri Fridrix Merts ilə görüş zamanı ölkəsinin İkinci Dünya Müharibəsi zamanı Almaniyanın işğalı və istilasına görə hərbi təzminat tələb etməyi planlaşdırır. Navrotski milliçı və müxalif popülist sağçı “Hüquq və Ədalət” (PiS) partiyasının dəstəyini alıb.
Son illərdə Polşa və Almaniya arasındakı münasibətlər həm sıx əməkdaşlıq, həm də açıq gərginliklərlə müşahidə olunub. Almaniya Xarici İşlər Nazirliyinin Polşa üzrə əlaqələndiricisi Knut Abraam bildirir ki, bu münasibətlər son dərəcə həssasdır: “Bir səhv ifadə ciddi sarsıntılara səbəb ola bilər”.
Polşa və Almaniya arasındakı gərginlik Vladimir Putinə qarşı birgə mövqe nümayiş etdirməyə çalışan səyləri çətinləşdirir. Buna baxmayaraq, Navrotski Merts və digər Avropa liderləri üçün faydalı ola bilər — o, ABŞ prezidenti Donald Tramp üzərində müəyyən təsir gücünə malikdir.
Poliqon.info