RU

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovanı axtarışa verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova barəsində axtarış elan edib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında bildirilib.
Pamfilova 2024-cü ildə axtarışa verilib. Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbərinə qarşı "Ukraynanın ərazi bütövlüyünə qəsd" maddəsi üzrə qiyabi ittiham irəli sürülüb.
Ella Pamfilova 2018-ci ildən Ukraynanın "Mirotvorets" saytının məlumat bazasındadır.
Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.
Избранный
80
50
oxu.az

10Источники