![]() |
Türkiyədə 8 min illik keramika parçaları tapılıb |FOTOLAR |
Qədim yaşayış məntəqəsində indiyədək assurlar hetlər, habelə Roma və Bizans dövrlərinə aid tapıntılar aşkarlanıb. Cari qazıntı işlərində isə het krallarına, şahzadələrinə, müxtəlif rütbədələrdəki əyanlara və rahiblərə məxsus22 möhürtapılıb. Eyni zamanda,quş falı məzmunlu 56 mixi yazılı kitabəişıq üzünə çıxarılıb.

Çiğdəm Manərin sözlərinə görə, uğurlu keçən arxeoloji mövsüm ərzində aşkarlanmış bu tarixi nümunələrin əksəriyyətibütöv şəkildə dövrümüzə çatıb.
"Kitabələrdə çox maraqlı yazılarla rastlaşmışıq. Bu kiçik kitabələrdə əsasən quş falından söhbət gedir, het krallarının vəliəhdlərinin, şahzadələrinin taleyi haqqında danışılır. Məlumdur ki, fal adəti hetlərin dövründə əhəmiyyətli yerə malik idi. Bu cür mixi yazılı kitabələr, ilk dəfədir ki, aşkarlamışıq",– xanım arxeoloq vurğulayıb.
O diqqətə çatdırıb ki, tapılan nümunələr het tarixinin öyrənilməsinə böyük töhfə verəcək.


Firudin Həmidli
AzVision.az