RU

Şəhid ailələri ilə söhbət zamanı bunu izah etməyə çalışırıq Siyavuş Novruzov

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun var. Həmin qanunda hansı yerlərə şəhid adlarının verilməsi nəzərdə tutulur. Qanunvericiliyə əsasən, Milli Qəhrəmanların, Vətən Müharibəsi Qəhrəmanlarının adları məktəblərə, tədris müəssisələrinə verilə bilər. Elə yerlər var ki, bir kənddə 5 şəhid, bir məktəb var. Ona görə də adın verilməsi çətinlik yaradacaq. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsində  “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun layihəsinin müzakirəsi zamanı Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, şəhidlərin adına park, küçə verilə bilər.

"Bu o demək deyil ki, həmin şəhid ailəsinə qayğı göstərilmir. Azərbaycanda təxminən 5 minə yaxın məktəb var. Şəhidlərimizin sayı 15 minə yaxındır. Elə olur ki, bir məktəbə 3 nəfər düşür. Bu məsələ ətrafında dəfələrlə müzakirə olunub. Şəhid ailələri ilə söhbət zamanı bunu izah etməyə çalışırıq" – deyə deputat sonda vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
52
7
modern.az

10Источники