AZ

Azərbaycanda şəhid adlarının müəssisələrə verilməsi ilə bağlı istisna hallar ola bilər

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Azərbaycanda şəhid adlarının müəssisələrə verilməsi ilə bağlı istisna hallar ola bilər".

Oxu.Az-ın məlumatına görə, bunu deputat Vasif Qafarov Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, qanunvericilikdə bu halların nəzərə alınması məqsədəuyğundur:

"Birinci və İkinci Qarabağ müharibələri və antiterror əməliyyatlarında şəhidlərimizin adlarının təkcə yerlərə, meydanlara deyil, eyni zamanda, həmin yerlərdəki təhsil müəssisələrinə verilməsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi normalar var ki, ən azı iki orden alan şəhidin adı müəssisələrə verilə bilər. Amma elə kəndlərimiz var ki, orada cəmi bir şəhid var, amma bir medalı və ya ordeni çatmır. Ancaq orada ikinci bir şəhid yoxdur ki, müqayisə edib, üstünlük tanıyasan. Belə kəndlərdə o bir şəhid üçün istisnalıq tanınsa, çox yaxşı olar".

Samir Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
oxu.az

10Mənbələr