RU

Azərbaycan gələn il kəsir üçün 2,6 milyard manat borclanacaq

2026-cı ildə dövlət büdcəsinin kəsiri 3 milyard 125.6 milyon manat proqnozlaşdırılır.

FED.az xəbər verir ki, bu, Azərbaycanın 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamada bildirilir.

3 milyard 125.6 milyon manat kəsirin 2 milyard 600.6 milyon manatının (83,2 faiz) borclanma, 400 milyon manatının (12,8 faiz) vahid xəzinə hesabının qalığı və 125 milyon manatının (4 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Избранный
40
1
fed.az

10Источники