RU

Məlahət İbrahi̇mqızı Milli Məclisin iclaslarına qatılmayacaq? - Özü açıqladı

Deputat Məlahət İbrahimqızı ayağının sınması və bu səbəbdən Milli Məclisin iclaslarına qatılmayacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.

Millət vəkili Ölkə.Az-a açıqlamasında hadisənin 3-4 ay əvvəl baş verdiyini, hazırda səhhətinin qaydasında olduğunu söyləyib. O, Milli Məclisin iclaslarına qatılmayacağı barədə məlumatları təkzib edib.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə M.İbrahimqızının ayağını sınması və Milli Məclisin oktyabrda baş tutacaq iclaslarına qatılacağı barədə məlumatlar yayılıb.

Billurə

Избранный
32
1
olke.az

2Источники